Azərbaycanda kifayət qədər tanınan “Atəşgah Sığorta” ASC-nin maliyyə hesabatlarına əsaslanaraq, 05.04.2019-cu il tarixli sayımızda dərc edilən “İskəndər Xəlilovun şirkəti batır?” başlıqlı məqalədə sözügedən sığorta şirkətinin əsas səhmdarı olaraq, tanınmış azərbaycanlı milyarder İskəndər Xəlilov göstərilib. Bu da təsadüfi deyil. Çünki bütün əlçatan rəsmi informasiya mənbələrində və mətbuatda dəfələrlə “Atəşgah Sığorta”nın səhmlərinin 63 faizinin məhz “İSR Holdinq”ə məxsus olduğu göstərilib. Və bunun nə zamansa təkzib edildiyinə dair heç bir fakt yoxdur. Həmin sığorta şirkətinin özünün rəsmi saytında isə ümumiyyətlə səhmdarlar barədə məlumata rast gəlinmir.

İstənilən halda, “AzPolitika.info” olaraq, “İSR Holdinq”in müraciətinə hörmətlə yanaşır və mövqeyini dərc edirik. Ancaq bir daha xatırladırıq ki, nə ümumiyyətlə “Atəşgah Sığorta” ASC-nin səhmlərinin satılması, nə də “İSR Holdinq”in bu sığorta şirkətindəki payını satması barədə indiyədək rəsmi mənbələrdə və mətbuatda hər hansı məlumata rast gəlinmir. Həmin yazıda şirkətin əsas sahibi kimi İ.Xəlilovun göstərilməsi də məhz bununla bağlıdır.


Şərhlər