Menu

Azərbaycan milli komandası Latviyaya yola düşüb

11.04.2019, 00:26
Azərbaycan milli komandası Latviyaya yola düşüb

Futzal üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün Latviyaya yola düşüb."Report"un məlumatına görə, Bakı-İstanbul-Riqa reysi ilə səfər çıxan komanda oyunun keçiriləcəyi Liepaya şəhərinə çatıb. Yığma Liva otelində məskunlaşıb.

Joze Alesio da Silvanın rəhbərlik etdiyi kollektiv aprelin 11-də və 12-də Latviya yığması ilə qarşılaşacaq. Birinci oyun Bakı vaxtı ilə saat 20:00, ikinci görüş isə 19:00-da başlayacaq.

Yığma aprelin 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışında olacaq. Komanda aprelin 15-də və 16-da isə Serbiya ilə üz-üzə gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol