Menu

Bakıda əli avtomatlı şəxs tutuldu

27.08.2014, 14:17
Bakıda əli avtomatlı şəxs tutuldu

Bakı sakinindən silah-sursat və narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vyaçeslav Şapovatovdan “AKSU” markalı silah, 2 ədəd patron darağı və 10,3 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ətrafında araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol