Menu

Gürcüstanda müxalifətçilərlə polis arasında qarşıdurma baş verib

11.04.2019, 23:41
Gürcüstanda müxalifətçilərlə polis arasında qarşıdurma baş verib

Gürcüstanın Zuqdidi şəhərində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvləri saxlanılıb. "Report" xəbər verir ki, VMHP-nin şəhər meri vəzifəsinə namizədi Sanda Rulofsun keçirdiyi görüş zamanı müxalifətçilərlə polis əməkdaşları arasında qarşıdurma baş verib.

Polis əməkdaşları VMHP-nin mətbuat xidmətinin rəhbəri Giorgi Pataranı, partiyanın Zuqdidi təşkilatının rəhbəri Ani Tsitlidzeni xuliqanlıq faktıüzrə saxlayıb. Saxlanılanlar arasında partiyanın 2 fəalının da olduğu bildirilir.

Partiya üzvlərinin saxlanılmasını təxribat adlandırıb. Gürcüstanın Daxili İşlər Nazirliyi saxlanılanlarla bağlı hələ məlumat yaymayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol