Menu

İsraildə səslərin 100 faizi hesablandı

12.04.2019, 11:05
İsraildə səslərin 100 faizi hesablandı

Aprelin 9-da İsraildə keçirilmiş parlament seçkilərində səslərin 100 faizi hesablanıb.

Trend-in məlumatına görə, səsvermənin yekununa əsasən baş nazir Benyamin Netanyahununun rəhbərlik etdiyi "Likud" partiyası 120 yerlik Knessetdə (parlament) 36 yer əldə edib.

"Likud"un ən yaxın rəqibi - sabiq Baş qərargah rəisi Beni Qantsın "Kahol-Lavan" mərkəzçi bloku isə 35 mandat qazanıb.

Yəhudi dövlətinin Mərkəzi Seçki Komissiyası seçicilərin 68,38%-nin səsvermədə iştirak etdiyini yazıb. Seçicilərin 26,45 faizi (1,1 milyon nəfər) "Likud", 26,11 faizi isə (14 843 səs az) "Kahol Lavan"ı dəstəkləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol