"Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar" - Millət vəkili

Millət vəkili Fazil Mustafa olduqca diqqətçəkici bir status paylaşıb.

Medicina.az xəbər verir ki, o, bir xanım qohumuna 15 il əvvəl Bakı şəhərində xərçəng diaqnozu quyulduğunu və hər il kimyaterapiya aldığını bildirib: “Əlində olub-qalan pulu da dərmanlara sərf olunur. Oğlu illər öncə Qərb ölkələrinin birinə köçüb və maddi durumu yaxşı olduğundan, anasını da yanına aparıb. İndicə xəbər tuturam ki, orada ciddi müayinədən keçirilib və anlaşılıb ki, onkologiyaya aid heç bir problemi olmayıb. Sadəcə, illərdir bədəninə yeridilən kimyəvi maddələr orqanizmində ciddi fəsadlar yaradıb. İndi bədənindən həmin zəhərləri təmizləməklə məşğuldurlar. Səhhəti və moralı xeyli yaxşılaşıb”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar, bu səbəbdən də burada qoyulan diaqnozları elə də ciddiyə almayın!

635x100

Şərhlər

Bayram Əsədov-ə 2019-04-13 10:27:12

Fazil Qəzənfəroğlu sıradan biri yox hörmətli millət vəkilidir və ona belə müraciət məncə düz deyil.Fazil m-m, rastlaşdığı faktı ortya qoyub və dəfələrlə mətbuatda Azərbaycanda xərçəng diaqnozu qoyulan adama İİR-da səhv diaqnoz qoyulduğunun şahidi olmuşuq.Azərbaycandakı onkologiya sahəsinin və eləcədə tibb sahəsinin hansı səviyyədə olması məmurlar, bəzi deputatlar və onların yaxınlarının xəstə olduqları zaman həmən xarici ölkələrə üz tutmağından bəlli olur.Statiskaya görə xərçəng xəstələrinin sayı isə durmadan artır.

Bayram Əsədov 2019-04-13 10:27:12

Hörmətli millət vəkili Fazil (Mustafayev) Qəzənfəroğlu deyəsən hüquq və siyasətdən əlavə təbabətlə də məşğul olmaq iddiasına düşüb. Əks halda o , belə gülünc və əsassız status paylaşmazdı.Tibbə az-çox bələd olanlar Azərbaycanda onkologiya sahəsinin hansı səviyyədə olmasını çox gözəl bilirlər. Milli Onkologiya Mərkəzinin maddi-texniki bazası və kollektivi Azərbaycan səhiyyəsinin brendi olmaqla Avropanın ,eləcə də dünyanın aparıcı tibb müəssisələrindən biridir. Araşdırmadan belə qənatə gəlmək haqsızlıqdır.

Son yazılar