Menu

Məktəbdə müəllimlər əlbəyaxa oldu - “British school College”də hadisə 

13.04.2019, 12:14
Məktəbdə müəllimlər əlbəyaxa oldu - “British school College”də hadisə 

Bakının elit kollecində müəllimlər arasında əlbəyaxa dava olub. Baku.ws xəbər verir ki, hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən “British school College”də işləyən müəllimələr – 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında baş verib.

Münaqişə qadınların əlbəyaxa davasına çevrilib. Dava zamanı hər iki müəllim xəsarət alıb.

Baş verən dava barədə Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə məlumat daxil olub.

Faktla bağlı polisin istintaq şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, “British school College”də təhsil haqları yüksək olduğundan, adətən varlı ailələrin uşqaları oxuyur. Təhsilin səviyyəsi isəmüəllimlərinin hərəkətindən məlumdur!

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol