Menu

"Kürdüstan" təbliğatçısı azərbaycanlı məmura HÖKM OXUNDU

13.04.2019, 12:37
"Kürdüstan" təbliğatçısı azərbaycanlı məmura HÖKM OXUNDU

"Kürdüstan" təbliğatçısı kimi tanınan Laçın Rayon İcra Hakimiyyətinin (RİH) hüquq şöbəsinin sabiq müdiri Füzuli Tanırverdiyevə hökm oxunub.

"AzPolitika" Lent.az-a istinadla xəbər verir ki, ona Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə ittiham verilib.

Cinayət işi Zərdab rayon məhkəməsində hakim Tahir Qubadovun icraatında baxılıb.

Məhkəmənin hökmü ilə F. Tanırverdiyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. F. Tanırverdiyev barəsində sınaq müddəti seçilib.

Hökmlə razılaşmayan F. Tanırverdiyev apellyasiya şikayəti verib.

Qeyd edək ki, bir müddət öncə, F.Tanırverdiyev özünün feysbuk profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb, müxtəlif statuslar yazıb.

Sosial şəbəkələrdə bu məsələ ciddi rezonans doğurub. Bundan sonra F. Tanırverdiyev tutduğu vəzifədən azad edilib.

Şərhlər

Fikrət Hacıyev 2019-04-13 12:37:21

Amma məhkəmələrimiz Xocalı soyqırımından sonra könüllü Milli Orduya gedən tək GDU əməkdaşını saxta ittihamla 500 manat cərimə etdilər və icrahat başlayandan sonra 59 yaşımda işimi itirəcəm, bu isə mənim üçün ölümə bərabərdir. Buna etiraz olaraq 19 sutkalıq aclıq aksiyası keçirsəm də, nə dövlət orqanları nə də mətbuat bir reaksiya vermədi. Başa düşmək olmur bu məhkəmə və prokurorluq niyə müharibə veteranını şərləyib öldürmək istəyir, amma dölət əleyhinə təbliğat aparanı müdafiə edirlər???

Mosu qardasima 2019-04-13 12:37:21

Mosu qardaşim SƏn tam haqlısan.Bədbəxtçilik ondadır ki,bəzi nazirlik və idarə rəhbərləri çox gözəl bilirlər ki,onların tabelliyində işləyən işçilərin kimisə və kiminsə arvadı ermənidir,ya da valideyinləri eermənidir.Yuxarılar unutmamalıdırlar ki,bu gün daxildən belələri təmizlənməsə sabah hər zaman ermənidən törənən və doğulan köklər Füzuli kimi hər zaman Azərbaycanın əleyhinə düşmənə xidmət edəcək.Onu da deyim ki,bütün bölgələrin Pasport idarələrində arxivdə sənədlər durur.Ancaq araşdıran yoxdur

Moshu 2019-04-13 12:37:21

Bilmirəm, bu deyəcəklərimin fərqində varsınızmı? Pənah Hüseyn qeyd edir ki, ölkədə ümumi vəziyyəti gərginləşdrməkdən ötrü müəyyən qüvvələr var ki, ölkədə vəziyyəti gərginlədirməkdə maraqlıdırlar və bunların qarşısını almağı təklif edir. İsgəndər Həmidov iddia edir ki, bizim "İskəndər" silahımız PKK-ya verilir. Yalan, doğru olmasını nə təsdiq edirəm nə də rədd edirəm, lakin bir onu bilirəm ki, hər təhlükəli xəbərə reaksiya verməliyik. Saytlarda gedən məlumatlara ölkənin güv strukturları mütləq reaksiya verəlidir, istər DTX tərəfindən, istərsə də hüquq-mühafizə orqanları tərəfindən. Füzuli Tanırverdiyev kimi məxluqların ölkə başçısının rəhbərlik etdiyi qurumda işləməyə nəinki haqqı var, belələri icra hakimiyyətinin bir kilometrliyinə də buraxılmamalıdırlar. Əfsuslar olsun ki, kadr siyasəti ölkəmizdə bərbad vəziyyətdədir. Ola bilər ki, kimlərsə mənimlə razılaşmasın, buna baxmayaraq onlar da dediklərimlə daxilən razılaşarlar. Kürdlər də,ləzgilər də, başqa millətlərin nümayəndələri də bizim əzizlərimizdilər, ola bilər ki, onlar məndən də müsbət insanlardır. Dövlət elə bir canlı orqanizmdir ki, onu viruslardan qorumaq gərəkdir. Dövlətinə düşmən mövqeyində olan istənilən Azərbaycan vətəndaşı lənətə layiqdir. Nə qədər ki, dövlət vəzifəsinə qohumluq, dostluq, tanışlıqla təyinat olacaqsa hansısa inkişafdan, tərəqqidən söhbət gedə bilməz. Belə halda bilmirsən erməni ilə mübarizə aparasan, yoxsa daxilində olan ermənidən betəri ilə?

Azerden-Turke 2019-04-13 12:37:21

Fuzuli kimiler Azerbaycanda lap coxdur....bəzi məmurların analari ve arvadlari ermenidir.Azersu ASC-de ve onun nezdinde olan Xacmaz rayonunda yerlesen Ikinci Baki Su Kemeri idaresinde arvadi ermeni olan isciler var.Niye dovlatimiz bunlarin qarsisini vaxtinda almir ve onlar da byuksek vezifelrde islayirlar.

mubariz 2019-04-13 12:37:21

dovlat mamurunun bu cur harakati yolverilmazdir....

Mehdi 2019-04-13 12:37:21

Bir il yarim is kesilib oda ku,serti çeza.Cox möhkem çeza vermisiniz basiniz ucun.Bu ... 10-15 il çeza vere bilmirdiniz?Ele ona ceza verenlerde onun bir tayidir.Bes sizince vetene xeyanet ne cur olur?Utanmirsiniz hec olmasa.

Türk 2019-04-13 12:37:21

O deyirdi Azərbaycan pasportunu cırıb atacam və vətəndaşlıqdan imtina edib gedəcəm. Onu depotasiya etmək lazımdır. Və onun kimiləri bu ölkədən qovmaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol