Menu

“Vəkilliyə qəbulda məhdudiyyət yoxdur” - Anar Bağırov

13.04.2019, 13:06
“Vəkilliyə qəbulda məhdudiyyət yoxdur” - Anar Bağırov

"Hazırda Azərbaycanda 1503 vəkil fəaliyyət göstərir".

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, kollegiya Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tədbirlərini davam etdirir:

“Ötən ilin dekabr ayında vəkilliyə sənəd verən şəxslərdən 106 nəfər yazılı imtahanlardan uğurla keçib. Hazırda müsahibə mərhələsi davam edir. Ümid edirəm ki, may ayına kimi proses yekunlaşacaq və ikinci mərhələdən uğurla keçən namizədlər kollegiyaya üzv qəbul olunacaqlar”.

A. Bağırov bildirib ki, kollegiyada bir müddət əvvəl test imtahanı keçirilib:

“171 nəfər namizəd artıq bu ilki imtahandan uğurla keçib və onlar da yaxın gələcəkdə müsahibəyə cəlb olunacaqlar”.

A. Bağırov qeyd edib ki, hazırda sənəd qəbulu davam edir: “Artıq 70-ə yaxın şəxsin sənədi qəbul edilib. Proses bundan sonra da davam edəcək, çünki bizdə limit yoxdur. Kollegiyaya qəbulda məhdudiyyət yoxdur”.

Şərhlər

Dövlətini sevən 2019-04-13 13:06:35

Yüksək bal toplayan hüquqşünasları, ikinci mərhələdə arzularına çatmağa qoymayırlar....? Bu həqiqətdir, araşdırılsa hər şey ortaya çıxar. Kollegiyanın tərkibi dəyişilməlidir..

yalçın 2019-04-13 13:06:35

dəhşət, hər milyon sakinə vurtut 150 vəkil, onların da çoxu hüquq dəllalı..çox acınacaqlı bir durum!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol