Menu

Malta 64 miqrantı 4 ölkə arasında “paylaşdıracaq”

14.04.2019, 00:00
Malta 64 miqrantı 4 ölkə arasında “paylaşdıracaq”

Malta "Alan Kurdi" gəmisinin göyərtəsindəki miqrantları Avropa İttifaqının 4 ölkəsinə göndərəcək.

RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Maltanın Baş naziri Cozef Muskat məlumat verib.

Onun sözlərinə görə, Avropa Komissiyası və Maltanın səmərəli əməkdaşlığı nəticəsində 64 miqrant Almaniya, Fransa, Portuqaliya və Lüksemburq arasında bölüşdürüləcək: "Onların heç biri bu yükü tək daşıya bilməyən Maltada qalmayacaq".

Qeyd edək ki, “Sea-Eye” alman qeyri-hökumət təşkilatının gəmisi həyəcan siqnalı aldıqdan sonra Liviya sahillərində göyərtəsinə 64 miqrant qəbul edib. İtaliya miqrantların qəbulundan imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol