Liviya Milli Ordusuna (LMO) məxsus qırıcı hökumət qüvvələri tərəfindən vurulub.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qırıcı paytaxt Tripoli yaxınlığında hədəfə alınıb.
Pilotun sağ olub-olmaması ilə bağlı məlumat yoxdur.
Liviya Milli Razılıq hökumətinin hərbi qüvvələrinin nümayəndəsi Məhəmməd Qanunu da Haftar ordusuna aid qırıcının vurulmasını təsdiqləyib.
“Vadi – Ər-Rabiada qüvvələrimizə hücum edən qırıcınının vurulması məlumatını təsdiq edirik”, - deyə Qanunu bildirib.


Şərhlər