Nazarbayev Koçaryana məktub göndərib

Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev həbsdə olan sabiq erməni həmkarı Robert Koçaryana məktub göndərib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Robert Koçaryanın qeyri-rəsmi “2rd.am” saytı yayıb.

Bildirilib ki, N.Nazarbayev Qazaxıstanda son zamanlar baş verən dəyişiklik və ölkədaxili siyasi proseslər barədə məlumat verib.

Qazaxıstanın keçmiş dövlət başçısı məktubda Koçaryanala birlikdə işlədikləri dövrü səmimi şəkildə xatırladıb.

“Nazarbayev Koçaryanla gələcəkdə şəxsi təmaslarının davam edəcəyinə ümidvar olduğunu bildirib”, - mənbə qeyd edib.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyasının namizədlərindən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

635x100

Şərhlər

lerikden Mehemmed Hesen emi 2019-04-15 13:29:16

salam eziz balalar, qarli daqlar awaraq dereler dirmawaraq size salam getirdim boyuk Nusrsultan weherinden Aksakkal Arkadaqdan

NURəddin 2019-04-15 13:29:16

GÖR NECƏ MÜDAFİƏ EDİR ƏLİ AZƏRBAYCANLILARIN QANINA BATMIŞ 1 CİNAYƏTKARI? KAFTAR.PREZIDENTLƏR MAFIYASI YARADLBLAR. ARALARINDA AND IÇİBLƏR KI,DAR GÜNDƏ 1-1-LƏRINİ QORUYACAQ,1-1-LƏRİNİN ÖVLADLARINA HƏYAN OLACAQLAR.ALLAHIN QIZILLI QURANINA AND OLSUN Kİ,BELƏDİR! KAFTARKOS NAZARBAYEV ZOR YOLU İLƏ ÖZÜNÜ PREZİDENT SEÇDİRİB XALQLARI ZİLLƏT ALTINDA SAXLAYAN BU ŞƏKİLDƏKİ XULİQANLARIN YOL GÖSTƏRƏNİDİR.QIRĞIZISTANIN SABİQ PREZİDENTİ BU MƏLUN KAFTARI QAZAĞA OXŞAYAN RUS,SRİKERİ İSƏ TÜRKƏ OXŞAYAN TÜRK DÜŞMƏNİ ADLANDIRMIŞDI

Son yazılar