Menu

Həmsədrlər regiona səfər edəcəklər

15.04.2019, 19:08
Həmsədrlər regiona səfər edəcəklər

"Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər".

"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

"Bu yaxınlarda həmsədrlər əvvəlcə özləri görüşəcək və növbəti görüşlə bağlı təkliflərini verəcəklər. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünə gəldikdə isə əvvəlcə xarici işlər nazirləri səviyyəsində görüş olacaq. Əgər görsək ki, hansısa problemli məsələ ortaya çıxır, onda prezidentlərə məlumat veriləcək”, - nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol