Almaniyanın xarici işlər naziri Steinmeier Praqada deyib ki, Poroshenko-Putin görüşü ola bilsin ki, dönüş yaratmadı.
Ancaq o ümid edir ki, gələcəkdə danışıqlar davam edəcək.
Poroshenko və Putin avqustun 26-da Minskdə 2 saat danışıq aparıb.
Poroshenko danışıqları çətin və mürəkkəb adlandırıb.
Danışqlardan sonra Poroshenko deyib ki, ukraynanın şərqində təcili atəşkəs planı üzərində işləyəcək. /AzadlıqRadiosu


Şərhlər