Menu

Naməlum şəxs Moskvada metronun xanım əməkdaşını girov götürüb

16.04.2019, 12:42
Naməlum şəxs Moskvada metronun xanım əməkdaşını girov götürüb

Rusiyanın paytaxtı Moskva şəhərində naməlum şəxs metropoliten əməkdaşını girov götürüb.

ONA TASS-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

”Avtozavodskaya” stansiyasının tunelində, qarovulçu postu yaxınlığında gizlənən naməlum şəxs xanım əməkdaşı girov götürüb və müxtəlif tələblər səsləndirməyə başlayıb.

“Naməlum şəxs artıq yaxalanıb”, - deyə Moskva Şəhər Baş Təhqiqat İdarəsinin İstintaq Komitəsinin rəis köməkçisi Yuliya İvanova bildirib.

Məlumata görə, polislə qarşıdurma zamanı naməlum şəxs bıçaq yarası alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol