CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! - "Azərbaycan Dəmir Yolları"na ŞOK tövsiyə
2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşlarının sayının 3 dəfədən çox azaldılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu dövlət müəssisəsinin auditini həyata keçirən KPMG audit şirkəti bəyan edib.
Audit nəticəsində məlum olub ki, ADY-nin işçi heyətinin sayı, təxminən, 22 min nəfərdir və bu rəqəmin 6 422 nəfərə qədər azaldılması, orta aylıq əmək haqqının isə 596 manat təşkil etməsi tövsiyə olunub.
Bu o deməkdir ki, qarşıdakı 3 ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Cavid Qurbanov hər il orta hesabla 5 min, ümumilikdə isə 15 mindən artıq əməkdaşı işdən azad edəcək. Lakin hətta bundan sonra da QSC-də orta aylıq əməkhaqqı cəmi 596 manat təşkil edəcək. Onda sual olunur: Belə kütləvi ixtisardan sonra “Azərbaycan Dəmir Yolları”nda orta aylıq əməkhaqqı cəmi 596 manat təşkil edəcəksə, o halda indi neçə manat təşkil edir?
Dərin araşdırmadan təxmin etmək olar ki, söhbət qəpik-quruşdan gedir...
V.Nəsibov
Şərhlər
Yeznə kəsən başa sorğu-ual olacaq? !5 000 nədir.lap Dəmir yolu ona büsbütün Qurban edilib.Yoxsa onu ora yox.başqa qurbanlıq yerə qoyardlar.Axı o yeznədir!
Sizə bəzilərinin qəzəbi tutar.Axı baxn kimə sataşırsınız? Yaxşı deyil axı!....Yazıqdılar axı,yetimlər ac qalıblar.İmkan verin yaşasınlar.
Daydayin olsun isteyirsen 10000verek problem yox savadin olmasada olar .esas daydayin olsun cunki bura vetendir
AzTV yarandığı gündən bəy tərifi ilə məşğul olub. Elə olmasaydı orada 10 müddətində 380 milyon dolların başına daş sala bilməzdi!! Sonrası 5 faiz işsizlik haqqında cırtdan nağılını 30 ildir məmurlar millətin qulağına lapşa kimi asaraq milləti kar edir ki, onların çırtımları oğurlanmış pullarla Avropada "EM1N"-lə kef çəkə bilsinlər. Amma o Qurbanovlar və sa və i. ...lərlər bilsinlər ki, Abram o pullara axırda özü sahib çıxacaqdır. ....
az. kömür, puça getmiş ömür yolları..
5-10 nəfər işləyə bilən bir sex açılanda AzTV və digər kanalla tərifdən yorulmurlar ki, işsizlik aradan qaldırılır,hökumət fəliyyətdədir.Yəni ağ yalan deyirlər.Guya işsizlik 5 faiz təşkil edir.Bəs indi bu 15 min nəfər neçə faiz işsizliyə təsir edəcək? Statistikası yalan olan məmləkətdə hansı əsasla deyiənlərin yalan olduğunu görə-görə və bilə-bilə bunlara inanmaq,bel bağlamaq olar?