Menu

"Regionda başa su tökməkdən vacib hadisələr baş verir" - Saakaşvili

28.08.2014, 08:41
"Regionda başa su tökməkdən vacib hadisələr baş verir" - Saakaşvili

Bu sözləri Gürcüstanın eks prezidenti Mixail Saakaşvili Facebook səhifəsində qeyd edib

Gürcüstanın eks prezident beynəlxalq ictimaiyyəti hər şeyi öz adı ilə adlandırmağa çağırır.

ANS-in məlumatına görə, Mixail Saakaşvili Rusiyanın Ukraynaya qarşı işğal cəhdinin olmasına və hazırda elan olunmamış müharibə getdiyinə əmindir. Bu barədə o bu gecə öz feysbuk səhifəsində yazıb.

“Hazırda mən ukraynalı bacı və qardaşlarımla o səriştəni bölüşürəm ki, gürcüstanlılar çox yaxşı bilirlər: yüzlərlə rusiya tankı, zirehli vasitələri və “Qrad” sistemləri beynəlxalq sərhəddi keçərək şəhər və kəndlərə hücum edir və dünya bunu hələ də necə adlandıracağını bilmir ”- deyə Saakaşvili yazır.

Onun sözlərinə görə Rusiyanın etdiyini separatçı münaqişə, terror hücumu və ya “Rusiyanın əks hücumu” (Ukrayna axı Rusiya ərazisinə hücum etməyib) kimi adlandırmaq olmaz. O bunu işğal və müharibə adlandıraraq beynəlxalq ictimaiyyəti hadisələri olduğukimi adlandırmağı təklif edir.

“Bəlkə beynəlxalq ictimaiyyət hadisələri adı ilə çağıra? Fikrimcə regionumuzda kiminsə başına buzlu su tökməsindən daha vacib hadisələr baş verir. Ukraynanın, Gürcüstanın və Rusiyanın bütün qonşularının taleyi Donetsk, Luqansk və Mariopolda təhdid altındadır. Ukraynaya eşq olsun”- deyə Mixail Saakaşvili yazıb.

Qeyd edək ki, ALS xəstəliyinə qarşı bütün dünyada məşhurlaşan "başa buzlu su tökmə" aksiyasında eks prezidentə meydan oxunması yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol