Menu

Yerevanda atışma

17.04.2019, 00:21
Yerevanda atışma

Dünən axşam saatlarında Yerevanın mərkəzində, Lepseus küçəsində atışma olub.News.am saytı xəbər verir ki, ağır güllə yarası almış 3 nəfər - 23 yaşlı Muşeq Qevondyan, 26 yaşlı Robert Manukyan və 26 yaşlı Andranik Qalstyan xəstəxanaya gətiriliblər.

Qevondyan aldığı yaralardan həyatını itirib. Ölən şəxsin “Ararat -2” futbol komandasının qapıçısı olduğu bildirilib.

Güllələnən üç nəfərin BMW markalı avtomobildə olduğu və maşının güllə yağışına tutulduğu qeyd edilir.

Yaralanmış digər iki nəfərin əməliyyat olunduğu bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol