Menu

“Rusiya ordusu Ukraynaya daxil olub” - Ukrayna DİN

28.08.2014, 09:05
“Rusiya ordusu Ukraynaya daxil olub” - Ukrayna DİN

Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə irimiqyaslı hərbi müdaxiləsi baş verib.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak bəyan edib.

Onun sözlərinə görə, Rusiya ordusu Ukraynaya bir neçə istiqamətdən hücuma başlayıb.

"Hazırda Rusiyanın hərbi komandanlığı antiterror əməliyyatı qüvvələrini parçalayaraq, Donbasdakı yaşayış məntəqələrini ələ keçirməyə cəhd göstərir”, deyə Şkiryak bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol