Menu

Vəkildən kilsənin yanmasına yas quranlara "tərs şillə" -  "Boş-boş şeylərdir hamısı!"

17.04.2019, 11:41
Vəkildən kilsənin yanmasına yas quranlara "tərs şillə" -  "Boş-boş şeylərdir hamısı!"

Məşhur Notre Dame kilsəsinin yanmasına hər yerdə olduğu kimi, Azərbaycanda da yas tutanlar tapılıb. İçərisində fransızların da olduğu hərbi koalisiyaların İraqda, Suriyada və digər Şərq ölklərində bütün bir tarixin məhv etməsinə, müsəlman məscidlərini dağıtmasına, 10 minlərlə insanın öldürülməsinə biganə qalan bu "mədəniyyət aşiqlərinin" hansısa bir kilsənin taxta qülləsinin yanmasına görə özlərini üzgün göstərmələri sadəcə ikrah doğurur. Tanınmış vəkil Əkrəm Həsənov  belələrinə cavab verib

"AzPolitika.info" Əkrəm Həsənovun  mövzu ilə bağlı açıqlamasını  təqdim edir:  "Yeni Zelandiya məscidlərində qətlə yetirilənlərə etinasızlıq göstərələnlər “Paris Allah anası kilsəsi”nin yanmasına yas qurublar. Ay nə bilim, 900 illik tarixi abidə məhv oldu, mədəni fəlakət və s. və i.a. Boş-boş şeylərdir hamısı! Əvvəla, həmin kilsənin indiki görkəminin heç 200 yaşı yoxdur. Yəni XIX əsrdə tikilib (bərpa edilib). O zaman hətta sökmək də istəyiblər. Yalnız Hüqonun məşhur romanı fransızları bu “barbarlıq”dan saxlayıb. Yəni kilsənin populyarlığı bestsellərə bağlı bir şeydir.

Mən həmin kilsədə olmuşam, qeyri-adi bir şey yoxdur. Ümumiyyətlə, daş-divarlara ehtiramı başa düşmürəm. Onların dəyərli olub-olmaması meyarları da birmənalı deyil: sadəcə bəziləri reklam edilir deyə, dəyərli hesab edilir, digərlərinin reklamı yoxdur deyə, onları heç qoruyan da yoxdur. Yer üzündə o qədər qədim tikili var ki! İndi nə edək, hamısını qoruyaq? Meyar nədir axı? Təki yanan elə daş-divar olsun! Müasir texnologiyalar dövründə rəssamlıq və memarlıq tarixi baxımdan əhəmiyyətsizdir. İstənilən şəkili və abidəni kompüterdə istənilən formatda qur və ona seyr et! Hətta elə edə bilərsən ki, sanki onun içindəsən və gəzirsən orada!

İnsan sayı durmadan artır, planetimizdə yer isə məhduddur! Başqa planetlərdə məskunlaşmaq ideyaları hələlik xülyadır. Yəhudi və yaponlar kimi texnologiya liderləri olan xalqlar belə torpaq uğrunda savaşır! Buna görə də tədricən “tarixi abidələr”in hamısı dağıdılacaq ki, onların yerində hündürmərtəbəli binalar (mənzil, ofis, ibadətgah və s. – fərqi yoxdur) tikilsin. Odur ki, elə belədə müasirlikdən, elmdən, texnologiyalardan dəm vuranlar reklam və şou qurbanları olaraq daş-divarlara yas qurmasınlar…"

Şərhlər

EJDER 2019-04-17 11:41:40

BELI,BIZIM PULUMUZ COXDUR,BIZ TOLERANTIQ.ONLARIN KATAKOMBALARINI ,KILSELERINI TEMIR ETMEK UCUN PUL AYIRMAQ BIZLIKDIR...FRANSIZ XALQI KEYF ELEYIR...O,PULLARIDA OTURECEKLER DIQALARA ...BIZIM HESABIMIZA KEYF ELEJEYLER,SARAKAZI CANI

Bashirov Qarib 2019-04-17 11:41:40

Əkrəm muəllim,insanlar həmin kilsənin tarixi-mənəvi dəyərlərinə görə yas saxlamırlar.Qorxurlar ki, bu kilsənin bərpasına xərclənəcək milyonları bizim uzərimizə qoysunlar. Axı, belə işlərə səxavətlə pul xərcləyirik.

Aslan AKbey 2019-04-17 11:41:40

Güzel gözünden yiğit sözünden belli olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol