“Açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”.
“Report” xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin 2018-ci ildəki yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“İstənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər. Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclasları var. Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclaslardır”, - deyə R.Rzayev əlavə edib.


Şərhlər
Görəsən, mətbuat sahəsinə rəhbərlik edən orqanlar öz işində Ramiz müəllimin mövqeyini qiymətləndirə biləcəkmi?Jurnalistlərin peşə fəaliyyəti göstərməsinə mane olmaq yox,kömək etmək lazım olduğunu,təəssüf ki hələ də anlamaq istəməyən bu qurumlardaha çox fəaliyyətini cəzaverici orqan kimi sərgiləyir.Əlbəttə,jurnalistlərin bir araya gəlib yeni bir qurum yaradacağı zamanadək..