Menu

Maltəpədə səslərin yenidən sayılması bitdi, mübahisə bitmədi - Təkrar seçkilər olacaqmı? 

17.04.2019, 12:54
Maltəpədə səslərin yenidən sayılması bitdi, mübahisə bitmədi - Təkrar seçkilər olacaqmı? 

İstanbulun Maltəpə rayonuda martın 31-də keçirilmiş bələdiyyə seçkilərində verilmiş səslərin yenidən sayılması bu gün səhər saatlarında nəhayət başa çatıb.

Həmin rayonda AKP-nin tələbi ilə 1089 seçki məntəqəsi üzrə 309 min səs tamamilə yenidən sayılıb.  CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AKP-nin namizədi Binəli Yıldırım arasında səs fərqi  azalsa da, tam aradan qalxmaylb.

Səslərin yenidən sayılması başa çatdıqdan sonra yeni protokollarla əvvəlki protokolların müqayisəsi aparılır, yekun protocol tərtib olunur və bu sənədlər İstanbulda seçkiləri kimin qazandığına dair qərar çıxarmaq üçün Yüksək Seçki Kurumuna təqdim ediləcək. Hazırda İmamoğlu il Yıldırım arasında səs fərqi birincinin xeyrinə 13 min 781-dir. Əvvəl bu fərq 29 minə yaxın idi.

Lakin AKP ötən gün axşam bütün İstanbul üzrə səsvermənin nəticələrini şübhə altına alaraq nəticələrin ləğv edilməsi, yeni seçkilərin keçirilməsi üçün YSK-ya müraciət edib. Bu baxımdam səslərin sayılıb başa çatması ilə iş bitmir, indi YSK-nın nə sayacağına baxmaq lazımdır. AKP-nin namizədi Binəli Yıldırım iki gün əvvəl mətbuat konfransında elan etmişdi ki, İstanbulda seçkilər “murdarlanıb” və ən düzgün olanı yeni seçkilər keçirməkdir.

Bu arada AKP- nin təqdim etdiy sənədlərdə Binəli Yıldırıma verilmiç 16 mindən artıq səsin İmamoğluna yazılıdığı bildirilib. 

Bu gün keçirdiyi mətbuat konfransında AKP  Genəl Başkan yardımcısı Ali İhsan Yavuz minlərlə səsvermə hüquq olmayan, rəhmətə germiş adamın adından İmamoğluna səs yazıdığını bildirib: "Eyni zamanda həbsxanada olan minlərlə insanın həm də İstanbulun bəzi rayonlarında  seçici siyahılarına daxil edildiyi, boş ərazilərin və binaların, məktəblərin və başqa ictimai yerlərin ev kimi qeydiyyata alınaraq, içərilərinə xəyali seçicilər yazılb".

A. Yavuz sandıq başında (məntəqələrdə)  Binəli Yıldırıma verilən səslərin Dairə Seçki Komissiyalarında protokollar tutularkən ya  İmamoğluna,ya da başqa birinin adına yazıldığını qeyd edib.

O, əllərindəki faktların mütəşəkkil şəkildə həyata keçirilmiş bir seşki saxtakarlığından xəbər verdiyini, İstanbulda səsvermənin təkrar keçirilməsinin şərt olduğunu bildirib.

AzPolitika.info 

Şərhlər

Hafiz 2019-04-17 12:54:26

Fakt varsa ki, səslər düzgün sayılmayıb(azlığından çoxluğundan söhbət getmir), seçki bütünlüklə ləğv edilməlidir. Lazım olsa seçkidə saxtakarlıq edənlər aydınlaşdırılıb, cinayətə cəlb edilməlidirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol