Bu ilin yanvar-mart aylarında Azərbaycanda 915,9 kq qızıl istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 38,1% azdır.
Dövlət Statistika Komitəsindən ONA-ya verilən xəbərə görə, hesabat dövründə ölkədə 1 108,1 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 5 dəfə artıb.
Metal filizlərinin hasilatı:
| Məhsul növləri | 2019-cu ilin yanvar-mart aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
| Mis filizləri və konsentratları, ton | 511,8 | 2 dəfə |
| Qiymətli metal filizləri və konsentratları, kq | 2 024 | 119 |
| o cümlədən:
qızıl |
915,9 | 61,9 |
| gümüş | 1 108,1 | 5 dəfə |


Şərhlər