Menu

Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib - VİDEO

19.04.2019, 07:38
Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib  - VİDEO

Futbol üzrə Avropa Liqasının ¼ final mərhələsinin cavab oyunları başa çatıb.

"Report" xəbər verir ki, turnirin növbəti "play-off" mərhələsinə "Valensiya" (İspaniya), "Çelsi" və "Arsenal" (İngiltərə), həmçinin "Ayntraxt" (Almaniya) klubları vəsiqə qazanıb.

Avropa Liqasının yarımfinal cütlükləri

"Arsenal" — "Valensiya"

"Ayntraxt" — "Çelsi".

Avropa Liqasının ½ final mərhələsinin ilk matçları mayın 2-də, cavab oyunları isə mayın 9-da keçiriləcək. Qaliblər 29 may tarixində Bakının "Olimpia" stadionunda keçiriləcək final matçında üz-üzə gələcəklər.

Turnirin ¼ final mərhələsində "Valensiya" iki oyunun nəticəsinə görə, "Vilyarreal"dan (3:1, 2:0), "Arsenal" "Napoli"dən (2:0, 1:0), "Çelsi" "Slaviya"dan (1:0, 4:3), "Ayntraxt" isə "Benfika"dan (2:4, 2:0) üstün olub.

Avropa Liqası

1/4 final, cavab oyunları

18 aprel

23:00. “Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə) – 0:1

Qol: Lakazet, 36

Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)

Neapol. “San Paolo” stadionu

İlk oyun – 0:2

23:00. “Valensiya” (İspaniya) – “Vilyarreal” (İspaniya) – 2:0

Qollar: Lato, 13, Parexo, 54

Baş hakim: Vilyam Kallum (Şotıandiya)

Valensiya. “Mestalya” stadionu

İlk oyun – 3:1

23:00. “Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya) – 2:0

Qollar: Kostiç, 37, Rode, 67

Baş hakim: Daniele Orsato (İtaliya)

Frankfurt. “Kommersbank Arena”

İlk oyun – 2:4

23:00. “Çelsi” (İngiltərə) – “Slaviya” (Çexiya) – 4:3

Qollar: Pedro, 5, 27, Deli, 9 (avtoqol), Jiru, 17 – Souçek, 26, Şevçik, 51, 54

Baş hakim: Damir Skomina (Sloveniya)

London. “Stemford Bric” stadionu

İlk oyun – 1:0

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol