Menu

Bakıda qadın sürücü avtobus dayanacağında piyadaları vurub

20.04.2019, 09:55
Bakıda qadın sürücü avtobus dayanacağında piyadaları vurub

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

ONA-nın məlumatına görə, hadisə Binqədi qəsəbəsində baş verib.

Hələlik şəxsiyyəti məluma olmayan qadın sürücü idarə etdiyi “Kia” markalı avtomobil ilə 133 nömrəli avtobusun dayancağında dayanan 2003-cü il təvəllüdlü Səmədov Əli Ceyhun oğlu və 2002-ci il təvəllüdlü Bayramov Vüsal Ramiz oğlunu vurub. Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan Ə.Səmədovun vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol