Menu

"Real" Benzemanın "het-trik"i ilə "Atletiko"ya qalib gəlib

21.04.2019, 21:03
"Real" Benzemanın "het-trik"i ilə "Atletiko"ya qalib gəlib

Madridin "Real" klubu İspaniya çempionatının 33-cü turunun matçında "Atletiko"ya qalib gəlib.

"Report" xəbər verir ki, Madridin "Santyaqo Bernabeu" stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real"ın hücumçusu Kərim Benzema qarşılaşmada "het-trik" edib.

Qeyd edək ki, madridlilər dörd xalla İspaniya çempionatının yarış cədvəlində paytaxt "Atletiko"sundan geri qalaraq üçüncü yeri tutmaqda davam edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol