Menu

“ƏVVƏLCƏ MEĞRİ, SONRA QARABAĞ...” – Sabiq deputat Meğrini “təmizləməyi” təklif edir

22.04.2019, 14:45
“ƏVVƏLCƏ MEĞRİ, SONRA QARABAĞ...”  – Sabiq deputat Meğrini “təmizləməyi” təklif edir

“Qarabağın azadlığı Meğrinin azadlığından keçir”.

“AzPolitika.info”nun məlumatına görə, bu ideyanı sabiq YAP-çı deputat Alqış Həsənoğlu irəli sürüb.

O, “Facebook”dakı statusunda Megrinin ermənilərdən təmizlənməsinin əhəmiyyətini belə vurğulayıb:

“Meğrini - Naxçıvanı Bakıdan ayıran dəhlizi erməni işğalçılarından təmizləmək lazımdır. Bu, erməniləri sülhə hazırlamağın ən optimal yoludur. Ermənistan hakimiyyəti Azərbaycanı məcbur edir ki, Milli Ordumuz hədəflərinə yenidən baxsın: Əvvəlcə Meğri, sonra Qarabağ!...”

Xatırladaq ki, Naxçıvanla quru əlaqəsinin bərpası baxımından Meğrinin əhəmiyyəti əvvəllər də dəfələrlə vurğulanıb. Heydər Əliyevin prezidentliyi dövründə - 90-cı illərin sonunda isə hətta ərazi mübadiləsi çərçivəsində Meğrinin Azərbaycana birləşdirilməsi variantı da çox ciddi şəkildə müzakirə olunub, sabiq Ermənistan prezidenti Robert Köçəryanın öz xatirələrində yazdığına görə, hətta bu müzakirələr müqavilə imzalanması mərhələsinədək inkişaf edibmiş. Son anda Heydər Əliyev bu plandan imtina edib.

Vaqif NƏSİBOV

Şərhlər

Fərahim 2020-05-25 16:15:35

Elli qardaş, sizin deməyiniz kifayət deyil! Rusiyanın guya MDB adından yerləşdirdiyi 102 -ci alayının orada olmasını bizim kəşfiyyat müəyyən etməlidir.RF silahlı qüvvələrinin Mehridə müəyyən edilməsi Rusiyanı işğalçı dövlət kimi dövlətimiz tərəfindən ittiham etməyə əsas ola bilər. Bu mütləq aydınlaşdırılmalıdır!

OQTAY 2019-04-22 14:45:30

Elli,S-400 hava mekaninda,gelen raketleri siradan cixartmaq,ucundur.Предназначена для уничтожения всех современных и перспективных средств воздушно-космического нападения.Istiqlal(snayper tufenqi) haqda yazsan daha,gozel ve mukemmel alinardi!!!Heyf, yazdiqin filosofiyaya,eziyet cekmissen...,

OQTAY 2019-04-22 14:45:30

Bu Mehri haqda teklif,cox duzgun teklifdir!!!7-den 77-ye,hami hereket etmelidir!!!Manqurdlar, milletinin geleceyine yox,basqa isqalci,xeyenetkar milletlerin deyirmanina su tokmekdedirler!!!Allah birinci milletimi,oz icimizde olan,manqurdlardan qorusun!!!

Eldar 2019-04-22 14:45:30

BEYENILSIN.Avazin yaxsidir,oxudugun QURAN olsa...

Asli Zengezurlu 2019-04-22 14:45:30

Cenab YAPci , hec Carligin Kafkaz Turkiyesinin Zengezurunda Megri deyil, Mehri(Meqri) bolgesi olub.

Azər 2019-04-22 14:45:30

26 ildə 1 kənd aınmayıb Meqridən danışır.Onunçün müharibə etmək və hamı müharibəyə getmək ölmək ya qalmaq düşmənləri torpaqlarımızdan qovmalıyıq. Onu da etməyə cürət qorxmazlıq vətənə torpağa sevgi lazımdır. Pul vəzifə yox.

audit 2019-04-22 14:45:30

boş çəlləkdən gələn səs güclü olur

Sahibsiz Şuşalı 2019-04-22 14:45:30

Düz yolu nizamsız yeriyən dəstənin agıllısını sorurlar, öndə gedən əl-ayağı zəncirlini göstərirlər. Dəyərli dilmanc Dünya tacı BMTnin haqlı qətnaməsini anlayıb 25 ilə bircə hərbi işgal obyektini məhv etməmiş "snayperlərə" sanki, şaşki-dama oyunu üçün qrosmeyster dərsi verir? Sərgərdan Əhaliyə və hüquq dünyasına buraxılan belə vəd-şüarlar ilbə-il Qarabağları Azərbaycandan

Azərbaycan vətəndaşı 2019-04-22 14:45:30

yeni bir nağıl.Göydən üç alma düşdü. üçüdə Alqış Həsənoğlunun.

Amon 2019-04-22 14:45:30

DOGRUDUR 1CI HEDEFIMIZ MEGRI OLMALIDI CUNKI NAXCIVANLA QURU ELAQESI YARATSAQ TURKIYEYE DE VE ONLARIN VASITESILE DENIZLEREDE COX RAHAT SEKILDE CIXA BILERIK BUDA BIZIM RUSIYADAN ASILILIGIMIZI AZDA OLSA AZALDA BILER

Elli 2019-04-22 14:45:30

Mehridə hal-hazırda rusiyanın 102-ci polku yerləşib MDB adından. Oraya hücum olunsa rusiyanın S400-lərinin bircə raket atəşi bəs eləyər ki, Bakı od içində yansın. Məlumat üçün bildirim ki, raket hara düşsə bir km radiusda hər şey məhv olur, yanıb külə dönür, torpaqda isə dərin xədək əmələ gəlir. Təsəvvür edirsinizmi? Bu hələ bir raketin törətdiyi fəsaddır.

Oqtay 2019-04-22 14:45:30

O hünər bizdə yoxdur birdə Putin dayı icazə verməz heç Qarabağa icazə vermir hələ qaldı meqrı amma ideya düzdür ən yaxşı müdafiə hücumdur Ancaq kim edəcək ?

miri 2019-04-22 14:45:30

Millətə bir O. Bender azliq edir? 25 ildir dərdlərimizə çəplik çalıb, alqış eşitdik. İndidə yeniləri gəldi ?

Müfəttiş 2019-04-22 14:45:30

Bilirlər ki xalqımız nağılsevərdir, hər dəfə bir nağıl uydururlar...

Bayram Əsədov 2019-04-22 14:45:30

Bu ən optimal təklif olaraq hamı tərəfindən qəbul edilməli və həyata keçirilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol