Menu

Azərbaycan İranda 4 terminal inşa edəcək

22.04.2019, 22:52
Azərbaycan İranda 4 terminal inşa edəcək

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC İranın Astara şəhərində 4 terminal inşa edəcək.Trend-in məlumatına görə, bunu QSC-nin tariflərin nizamlanması şöbəsinin rəhbəri Elxan Əsədov SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.

Onun sözlərinə görə, bu terminallar neft, taxıl, konteynerlərin emalı və ümumi təyinatlı terminallar olacaq.

ADY-nin fəaliyyəti barədə danışan E.Əsədov qeyd edib ki, hazırda dəmir yollarının təmiri və parkın modernləşdirilməsi üzrə işlər aparılır. Azərbaycanın satın aldığı əlli lokomotivdən yeddisi ölkəyə gətirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol