Menu

Kim Çen In Rusiyadadır

24.04.2019, 08:17
Kim Çen In Rusiyadadır

KXDR lideri Kim Çen Inın olduğu zirehli qatar Şimali Koreya – Rusiya sərhədini keçib və Primorski diyarının cənubunda yerləşən Xasan stansiyasına gedib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Xasan rayon dumasının çərşənbə günü stansiya ərazisində qatarı qarşılayan deputatı Natalya Karpovaya istinadən TASS məlumat yayıb.

Onun sözlərinə görə, KXDR lideri vaqondan düşüb və ona gül dəstəsi təqdim edib. Daha sonra Kim Çen Ina "duz-çörək" verilib.

O, həmçinin "Kim İr Senin evi" kimi məşhur olan Rusiya-Koreya dostluq evini ziyarət etmək üçün stansiyada yubanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol