Menu

Türkiyə kubokunda ilk finalçı bəlli olub

25.04.2019, 00:50
Türkiyə kubokunda ilk finalçı bəlli olub

Türkiyə kubokunda ilk finalçı müəyyənləşib.

Qol.az-ın məlumatına görə, bu, "Akhisarspor"dur. Komanda yarımfinal mərhələsinin cavab görüşündə birinci liqa təmsilçisi "Ümreniyespor"a doğma meydanda 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib. "Akhisarspor" ilk görüşdə də rəqibini eyni hesabla məğlub etmişdi.

"Akhisarspor" - "Ümreniyespor" - 1:0

Qol: Çikalleşi, 37

Türkiyə kubokunun son qalibi Akhisar təmsilçisi finalda "Qalatasaray" - "Malatyaspor" cütlüyünün qalibi ilə qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol