Terrorçu qruplaşmanın mövqelərinə silsilə hücumlar təşkil edilib
ABŞ ordusu Ərbil və Mosul bəndi yaxınlığında yerləşən "İslam Dövləti" (İŞİD) terror qruplaşmasına aid mövqelərə hava hücumları təşkil edib.
ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələri Mərkəzi Komandanlığı verdiyi açıqlamada, uzaqdan idarə edilən pilotsuz qırıcı təyyarələrlə həyata keçirilən hücumlarda İŞİD-in “Humvee” tipli bir avtomobilini, bir tankını, bir inşaat texnikasını və 4 zirehli avtomobilini məhv etdiyi, terrorçu qruplaşmaya aid bir nəzarət məntəqəsinin də zərbələrə məruz qoyulduğu bildirilir.
Əməliyyatı uğurla başa çatdıran qırıcı təyyarələr daha sonra həmin bölgədən təhlükəsiz şəkildə uzaqlaşıblar.
Bundan başqa, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı ordunun avqustun 8-dən bəri İraqda 106 hava hücumu təşkil etdiyi barədə məlumat verib.
Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama iki həftə əvvəl orduya İŞİD terror təşkilatına qarşı hava hücumlarının həyata keçirilməsi üçün tam səlahiyyət verib.


Şərhlər