Menu

Vladimir Zelenski MSK-nı ittiham etdi

25.04.2019, 22:08
Vladimir Zelenski MSK-nı ittiham etdi

Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunun qalibi olan Vladimir Zelenski Mərkəzi Seçki Komissiyasını rəsmi nəticələrin elan müddətini uzatmaqda ittiham edib.

Zelenski “Facebook” səhifəsində videomüraciət yayıb. O bildirib ki, MSK prezident seçkilərinin rəsmi nəticələrinin elan olunmasını uzadır. “Çox gülməli şeylər baş verir – qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur. Nə baş verir, mən izah edirəm: MSK nəticələrin rəsmi elanını gecikdirir”, - deyə Zelenski əlavə edib.

Zelenski hesab edir ki, məqsəd andiçmə mərasiminin tarixini mayın 27-dən sonraya salmaq, bununla da onu parlamentin vaxtından əvvəl buraxılması imkanından məhrum etməkdir.

Qeyd edək ki, qanunvericiliyə görə, MSK seçkilərin rəsmi nəticələrini mayın 1-dək elan edə bilər.

Şərhlər

sual 2019-04-25 22:08:23

Gülməli prezident olacan əmioğlu onuca bilirəm vallahi. Yəni necə gəlibsənsə elə də gözlə...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol