ABŞ Rusiya və Çinlə yeni nüvə sazişi bağlamağa hazırlaşır

ABŞ administrasiyası Rusiya və Çinin də iştirakını nəzərdə tutan nüvə silahları üzərində nəzarətə dair saziş layihəsinin hazırlıqları ilə məşğuldur.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

"Prezident açıq-aydın işarə etdi ki, o, silahlanmaya nəzarətə Rusiya və Çinin də daxil edilməli olduğunu və bütün silahların, döyüş başlıqlarının və bütün raketlərin əlavə edilməli olduğunu hesab edir", - deyə Ağ Ev nümayəndəsi bildirib.

Qeyd olunur ki, Amerika prezidenti Rusiya və Çin ilə möhtəşəm nüvə sazişi bağlamaq istəyir ki, bu da onun üçün xarici siyasətdə mühüm nailiyyət ola bilər.

Telekanalın məlumatına görə, təşəbbüs ən erkən mərhələsindədir.

635x100

Şərhlər

Arif 2019-04-26 08:55:25

İnanmıramki rusları, çinliləri buna inandırmaq olar, son 30-35-ildə ABŞ və müttəfiqləri demokratiya pərdəsi altında təcəvüz etdiyi ölkələr buna tam subutdur.Birdə belə addımları atmaq üçün mütləq səmimi olmaq lazımdır indiki siyasətdə isə səmimiyət yoxdur və yaxudda mümkün deyil.

Son yazılar