"İçərişəhərdə aparılan təmir işləri əsla tikinti mahiyyəti kəsb etmir" - Aparat rəhbəri

“Hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfindən Kiçik Qala küçəsində Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilir. Bu təmir işləri əsla tikinti mahiyyəti kəsb etməyərək, sadəcə qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədi ilə aparılan rekonstruksiya işlərindən ibarətdir".

"Report" xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, son illər Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri həyata keçirilib: "İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən, Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Qeyd etməliyik ki, həmin ərazidə yerləşən ictimai iaşə obyektləri artıq 10 ilə yaxındır fəaliyyət göstərir və bu müddətdə obyektlər təmir edilməyib. Ona görə də qonaqlara keyfiyyətli servisin göstərilməsi, onların rahatlığının təmin edilməsi, avadanlıq və dizayn baxımından müasir standartlara uyğunlaşdırmaq kimi məqsədlərə əsaslanan təmir işləri zəruridir. Bu üslubda təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirmir".

635x100

Şərhlər

yalçın 2019-04-26 12:21:25

ssri dövründə belə bir anekdot var idi: adı sovet olan urus ordusuna getmiş azərbaycanlı əskər hansısa bir zədə alır və onu hərbi həkim məntəqəsinə göndərirlər..kabinet qapısı üzərində vraç sözünü görən o əllə aça bilmədiyi qapını təpiklə açır..doxtur ona əsəbləşib deyirki apparat işləmir nəyə gəlibsən..o isə həkim otağındakı aparatı aparıb çölə atır..soruşabdaki niyə bunu etdin ay axmaq deyirki doxdur özün dedinki apar at ..elə indi də bu apratdakıları apar at..

TARİX 2019-04-26 12:21:25

DANIŞDIĞINIZ YALANLARA ÖZÜNÜZ İNANIRSINIZMI...

Behmen 2019-04-26 12:21:25

Icəri şəyrimizin hər daşı bir tarixdir, Vurmusan tarixə importnı mala, nə olub ala? Baba Pünhan.

t.ədalət 2019-04-26 12:21:25

Qala divarlarının həndəvərində qurdalananlar,görünür,qazanc yeri üçün digər sahələrdə yer tapa bilmirlər.Bakıya toplaşan məlum adamların "kəmənd atmadığı" yer-yurd qalmayıb.ermənilər DQ ərazilərini və abidələrimizi ələ keçirən kimi,onlar da hər yanı yağmalayırlar.Əlləri çatan hər şeyi talayırlar.Növbə İçərişəhərə çatıb.Biz istəsək-istəməsək də,vəzifələrə "erməni uşaqlarını" təyin etdikləri kimi,tarixi yerləri də dağıdacaqlar.

Filosof 2019-04-26 12:21:25

Duz deyirsen bunlar hamisi kababxana mahiyyeti kesb edir

Yengibar 2019-04-26 12:21:25

Dağıl a büdcə, bunların da aparat rəhbəri varmış!Ay qağa, qoy bu qoruğun baş qoruqçusu çıxsın da ictimaiyyət qabağına.2-3 pəltək sözçü atıblar ortalığa, nə qanır nə də qandırırlar.Bir dəfə xarici ölkələrdən birində olanda restoranda dedilər ki, meymun beyni verəcəyik yeməyə.Biz də razılaşdıq,maraqlıdır axı, ha gözlədik, axırda soruşanda ki nə oldu bu meymun beyni, dedilər onu "uje" yemisiniz.İndi gələn turist soruşsa ki, İçəri Şəhər hardadır, deyərsiniz, "ubornunun" dalında!

Son yazılar