“Azərsu” ASC bu gün keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşünün ləğv olunmasına münasibət bildirib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı Modern.az-a bildirib ki, ərazidəki lyuklara “Azərsu” cavabdeh deyil:
“Yarışların keçirildiyi küçələrdə bütün infrastruktura “Azvirt MMC” şirkəti cavabdehdir”.
Qeyd edək ki, bu gün keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub. Bakı Şəhər Halqasından verilən açıqlamada qeyd olunub ki, 300-dən çox lyuk təkrar yoxlanılacaq.


Şərhlər
Bu saharda har is beladir tulku tulkuya buyurur tulkuda guyruguna gunahkar tapilmayacag bu matbuat katiblarida oz yerinda cavab vermaya salahiyyat sahibi tapilmayacag baslari garisigdir
Azvirt bilmirsən ki kimindi? Azəryolun törəməsi kimi bütün yol tikintisini həyata kecirən bu şirkətin 50 faizi mühafizəci generala məxsusluğundan yoxsa xəbəri olan yoxdu?
Şəhərdəki lyukların müdiri tapıldı Bizim Əli Kərim küçəsində yarış olmur deyə biz yoldakı lyukların müdirinin kimliyini bilmirik. Yaxşı olar ki lyukların üstündə müdirlərinin telefonu və şəkili olsun onda onlar məhsuliyyət hiss edərlər