Menu

Azərbaycan Rusiyaya avtomobil ixrac edəcək

26.04.2019, 21:05
Azərbaycan Rusiyaya avtomobil ixrac edəcək

“Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı üçün müəyyən sənədləşmə proseduru həyata keçirilir”.

Bunu açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, “Khazar SD” markalı minik avtomobillərin ilk partiyasının ixracı bu ilin sonuna qədər baş tutacaq.

E.Axundov həmçinin əlavə edib ki, avtomobillərin Ukraynaya ixracı üçün sertifikasiya tələb olunur: “Biz hazırda sertifikasiyadan keçirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol