Aktrisa Mehriban Xanlarovanın düşdüyü yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.
ONA-nın verdiyi xəbərə görə, yol qəzasında M.Xanlarovadan başqa daha iki nəfər - aktrisanın rəfiqəsi, 1958-ci il təvəllüdlü Əliyeva Solmaz Kamal qızı və 4 yaşlı Əsgərzadə Sevda Tariyel qızı xəsarət alıb.
Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Ayağı sınan aktrisaya və azyaşlıya lazımi tibbi yardım göstərildikdən sonra hər ikisi evə buraxılıb.
Hadisənin təfərrüatları Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır.
***
Aktrisa Mehriban Xanlarova yol qəzası keçirib.
ONA-nın xəbərinə görə, hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.
Hadisə nəticəsində aktrisanın ayağı sınıb. Onun yanında sərnişin qismində rəfiqəsi də olub, həmin qadın isə kəllə-beyin travması alıb.
Hər iki yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
Avtoqəzanın təfərrüatları araşdırılır.


Şərhlər
Hər kəs bacardığı və bildiyi işlə məşğul olsa yaxşı olar.Aktrisasan,get öz işini gör.Avtomobil sürmək nəyinə gərək. Çağır taksi.istədiyin yerə get.Qoy hər kəs öz sənəti ilə məşğul olsun.Onda ayağın da yerində olardı