«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları hərbi-dəniz qüvvələrinin (ABŞ HDQ) «America» zərbə-desant gəmisi yaxın vaxtda Yaponiyanın Kyusyu adasındakı Sasebo hərbi-dəniz bazasında yerləşdiriləcək.
«Kyodo» xəbər verdiyi kimi, ABŞ HDQ komandanlığı Uzaq Şərq sularında Rusiya və Çinə təzyiqləri gücləndirmək məqsədilə Yeddinci hərbi-dəniz qruplaşmasını möhkəmləndirmək niyyətindədir.
Yaponiyanın Müdafiə Nazirliyi (MN) bildiriş alıb ki, yeni gəmi «Wasp» universal desant gəmisini əvəzləyəcək, sözügedən gəmi isə profilaktika və yenidən təchiz olunmaq üçün ABŞ-a göndəriləcək.
Bundan başqa, ABŞ çoxməqsədli izləmə və istiqamətvermə sistemləri ilə təchiz olunmuş raket esmineslərindən də birini təmirə göndərəcək.


Şərhlər