Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanda Kontinental Hokkey Liqası (KHL) səviyyəsində klubun yaradılmasına dair fikirlərini bölüşüb.
"Report" "Matchtv.ru" saytına istinadən xəbər verir ki, o, buz idmanları ilə bağlı hər şeyin ölkə üçün ümidverici sayıldığını bildirib.
Nazir məktəbdə oxuduğu müddətdə hokkeyi xoşladığını, indi isə belə yarışları az izlədiyini söyləyib.
Rəhimov KHL-i Azərbaycana gətirmək istərdinizmi? sualına isə belə cavab verib: "Təbii ki, biz bu istiqamətdə hərəkət etməyə başlasaq, böyük bir buz sarayının qurulmasından sonra Bakıda KHL oyunlarına ev sahibliyi etmək maraqlı olardı. Biz idman ölkəsiyik və buna görə maraqlanmayacağımız idman yoxdur. Hokkey həqiqətən gəncləri həyəcanlandırır".
Nazir son olaraq Azərbaycanın KHL klubunun yaradılmasında çox maraqlı olduğunu vurğulayıb: "Ən azından KHL-in bir final matçını Bakıda keçirmək olar".


Şərhlər
Hormetli nazir bu yaxsi fikirdir.amma bu saray bakida yox sert qisi olan naxcivanda tikilse yaxwidir..hemde regionun inkiwafina tekan olar
Sen lap ag elemisen a!
Camaat ne hayda, bu ne hayda!.. “Bakıda KHL oyunlarına ev sahibliyi etmək" yox, daha muhum heyati meseLeLeri (praktiki ve davamiyyetLi) heLL etmek insanLara da, dovLete de daha maraqLi oLardi! Sen oturmusan yagLi kursunde ve bundan (maddi ve mebevi) Lezzet aLirsan.. Her iLin bu vaxtLarinda ise yoLLarda ses-kuyden adam hara getdiyini de biLmir..a z imish kimi, bunun muddetini de uzatmaqchun deriden-qabiqdan chixasan!.. Her hansi naxaL sehvLerin de bir heddi-hududu ve sonu oLardi... (
Domsovetin ətrafında biatlon yarışları keçirmək də maraqlı olardı. Özü də iylun axırı avqustun əvvəli.
Birdana asl futbol kamandasi yarada bilmirlar gor na istayirlar barakalla
Azad müəllim,kimin üçün?
Rəhimov bu oyunbazlığı buraxsa,bəlkə ölkədə nəsə inkişaf edə.Xaricdən yüksək qonorara idmançıları dəvət etmək,Formula-1 oyunbazlığı və bu kimi avara və lazımsız tədbirlərdən sonra ölkəyə nə qalır: Məsrəf!
Ey Ozodcon Rehimcanov!! Sənin qurd ilə qiyamətə qədər qalmaq fikrin var yəqin. Bu da bizim qabaqda gedən zəncirlimizin danışdıqları!! Səndə təqsir yoxdur ey, səni danışdırın yappalaq maşınlar üçün büdcədən ayrılan tonlarla dollardır. Roman Abromoviç canı!!!!