ABŞ-ın ikinci ən böyük neft-qaz şirkəti olan “Chevron” bu ilin yanvar-mart ayları ərzində hər səhminə görə, 1,39 ABŞ dolları qazanıb.
“Report”un şirkətin rüblük hesabatına istinadən verdiyi xəbərə görə, proqnozlarda isə həmin rəqəmin 1,30 dollar olacağı deyilib.
Amma ümumilikdə 2018-ci ilin eyni dövrü ilə müqayisədə “Chevron”un mənfəəti neft qiymətlərinin aşağı olması və hasilatın geriləməsi səbəbindən azalıb.
Bu ilin birinci rübündə “Chevron”un gəlirləri 27% azalaraq 2,65 mlrd. dollar olub. Nəticələrə görə, neft və təbii qaz istehsalı 7% artıb ki, bu da həcmin ikinci rübdə hər gün 3 mln. barelə çatacağını deməyə imkan verir.
Şirkətin “Upstream” biznesi ABŞ-da 100 mln. dollar artdığı halda, beynəlxalq neft-qaz hasilatından olan mənfəəti 12% geriləyərək 2,38 mlrd. dollara düşüb. “Downstream” əməliyyatları üzrə mənfəət isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 65% azalaraq 252 mln. dollara düşüb.
Rüb üzrə “Chevron”un xərclərində 64%-lik böyük dalğalanma qeydə alınıb və xərclər 726 mln. dollara çatıb. Bundan əlavə ümumi daxilolmalar 35,19 mlrd. dollar olub ki, bu da ötən illə müqayisədə 5% azalma deməkdir. Analitiklər isə bu rəqəmin 38,43 mlrd. dollar olacağını proqnozlaşdırmışdı.
Şirkət səhmdarlarına hər səhm üzrə 1,19 dollar ödəyib ki, bu da 7%-lik artım deməkdir.
Xatırladaq ki, “Chevron”un yer aldığı layihələr sırasında “Azəri-Çıraq-Günəşli” (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində payı var. Şirkət AÇG-də 9,57%, BTC-də isə 8,9% paya sahibdir.


Şərhlər
Bu bədbəxt millətin torpağının altından çıxan sərvətdən başda İqtidar və qalan bütün şirkətlər (xarici) olmaqla hamısı qazanır. İtirən isə biz bədbəxtlərik!! Norveç Təqaüd Fondunda (Z.H.) para mal ....kimidir!!!!