Məlumatlara görə, Səudiyyə Ərəbistanı Krallığında (SƏK) bu həftənin əvvəlində terrorizmdə ittiham olunaraq edam edilmiş 37 nəfərin arasında şiə-alim, şikəst və krallığın hədd-buluğa çatmamış təbəələri- ölkənin şiə icmasının nümayəndələri olub. Bu barədə aprelin 26-da İranın ingilisdilli «Press TV» telekanalı xəbər verib.
Hüquq-müdafiə təşkilatları bəyan edirlər ki, ötən həftə edam edilmiş 37 nəfərin ən azı 33-ü sünni-ərəb monarxiyası tərəfindən sıxışdırılan şiə azlığının nümayəndəsi olub. Telekanal bu zaman CNN-dən əldə etmiş olduğu sənədlərə istinad edir.
Həmin sənədlərə görə, edam olunmuşların bir çoxu Səudiyyə məhkəməsinə dəfələrlə xəbər veriblər ki, etiraf ifadələri onlardan işgəncə altında alınıb.
Verilən xəbərə görə, Birləşmiş Millətlər Təkilatının (BMT) insan haqları üzrə ali komisarı Mişel Baçelei aprelin 24-də Səudiyyə Ərəbistanın 37 vətəndaşının edam edilməsini «qətiyyətlə pisləyib». Edamlar ölkənin 6 şəhərində həyata keçirilib.
Səudiyyə Krallığı Daxili İşlər Nazirliyinə (DİN) görə, məhkəmə qərarları terrorçu dayaq nöqtələrinin yaradılması, xaosun yayılması və ölkədə dinlərarası düşmənçiliyin yaylması ittihamı uzrə çıxarılıb. Cəza almışlar həm də «partlayıcıdan istifadə etməklə, güc strukturlarının qərargahına hücum etməkdə və təhlükəsizlik xidmətlərinin bir neçə əməkdaşının öldürülməsində günahlandırılıb».
Edamlar Ər-Riyad, Mədinə, Məkkə və krallığın digər şəhərlərində həyata keçirilib.
Xatırladaq ki, Səudiyyə Krallığının şiə azlığının kompakt yaşadığı Şərq əyalətlərində 2011-ci ildən - «ərəb baharı» başlayandan - sonra, periodik olaraq, hökumət əleyhinə çıxışlar baş qaldırır.
AzPolitika.info


Şərhlər