Menu

Salyanda 34 yaşlı qadın özünü asıb

28.04.2019, 10:05
Salyanda 34 yaşlı qadın özünü asıb

Salyanda orta yaşlı qadın intihar edib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Alçalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bədəlova Cəmilə Saleh qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. Mərhumun meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol