Menu

Qazaxda orta yaşlı kişi su kanalına düşərək boğulub

28.04.2019, 13:15
Qazaxda orta yaşlı kişi su kanalına düşərək boğulub

Qazax rayonunda orta yaşlı kişi su kanalına düşərək boğulub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndi ərazisində, Ağstafa su anbarının yaxınlığında baş verib.

İlkin məlumata görə, Nadir Bağırov ad-soyadlı şəxs ailəsi ilə bir yerdə olub. O, kanalda əlini yuyan zaman ehtiyatsızlıqdan suya yıxılıb və nəticədə boğulub. Meyit tapılaraq sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol