Menu

“Formula 2”nin yeganə qadın pilotu qəza nəticəsində mübarizəni dayandırıb

28.04.2019, 13:57
“Formula 2”nin yeganə qadın pilotu qəza nəticəsində mübarizəni dayandırıb

Bakıda keçirilən “Formula 2” üzrə ikinci yarışda zəncirvari qəza baş verib.

“Report” xəbər verir ki, startdan dərhal sonra 2-ci döngədə 3 bolid toqquşub.

Nəticədə Ralf Boşunq (“Trident”), Lui Deletraz (“Karlin”) və yarışın yeganə qadın iştirakçısı Tatyana Kalderon (“BWT Arden”) mübarizəni dayandırıb. Bir qədər sonra “Triden”in digər pilotu Culian Alezi də qəza keçirərək, mübarizəni başa vurub.

Qeyd edək ki, ikinci yarış 21 dövrədən ibarətdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol