Menu

Samur-Abşeron kanalında 19 yaşlı gənc batıb

28.04.2019, 15:41
Samur-Abşeron kanalında 19 yaşlı gənc batıb

Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində yerli sakin batıb.

"Report" xəbər verir ki, 2000-ci il təvəllüdlü Ələkbərov İmamyar Ağabala oğlunun batdığı barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol