Menu

Ağcabədidə məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

28.04.2019, 16:55
Ağcabədidə məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

Ağcabədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin saytı bildirir ki, ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 300 m²) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə, 2-ci mərtəbəsində 3 otaq və dəhlizin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol