Menu

Bakı sakini keçmiş məhbus yoldaşını baltalayıb

29.04.2019, 11:06
Bakı sakini keçmiş məhbus yoldaşını baltalayıb

Bakıda qətl hadisəsi baş verib.

"Report" xəbər verir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 48 yaşlı Ruslan İlyasov gözətçi işlədiyi bağ evində tanışı Sergey Musayevi baş və kürəyindən balta ilə vuraraq qətlə yetirib.

Daha sonra hadisə yerindən qaçıb.

R.İlyasovla S.Musayevin vaxtı ilə birlikdə həbs cəzası çəkdikləri məlum olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol