Menu

"ATƏT Dağlıq Qarabağ münaqişəsinə göz yummamalıdır" - Lukaşenko

29.04.2019, 14:00
"ATƏT Dağlıq Qarabağ münaqişəsinə göz yummamalıdır" - Lukaşenko

"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropadakı münaqişələrə göz yummamalıdır, üzv ölkələrin dövlət başçıları da təhlükəsizliklə bağlı mövcud problemləri müzakirə etmək üçün görüş keçirməlidirlər".

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT PA sədri Giorgi Tsereteli ilə görüşü zamanı bildirib.

“Həll ediləcək xeyli problemlər yğılıb qalıb - Dağlıq Qarabağ, Transnistru, indi də Ukraynada çox ciddi münaqişə mövcuddur. Bu məsələlərə biganə olduğu üçün ATƏT-i çox vaxt tənqid edirəm, hərçənd bütün bunlar Avropada təhlükəsizliklə bağlı təşkilat olan ATƏT-in birbaşa səlahiyyətinə aiddir”, – Belarus Prezidenti deyib.

O, regiondakı problemləri müzakirə edib mövcud vəziyyətə çarə qılmaq üçün ATƏT-ə üzv olan ölkələrin dövlət başçıları arasında 1999-cu ildən sonra görüş keçirilmədiyini vurğulayıb.

Şərhlər

t.ədalət 2019-04-29 14:00:30

Sağ olun,cənab Lukaşenko!Sayın Ərdoğan kimi,Siz də dolasyısı ilə Dağlıq Qarabağ probleminin açarının Putinin əlində olduğunu söyləmək istəyirsiniz.Fikriniz diqqəti birbaşa problemlər və işğallar yaradan Rusiyaya tərəf yönəldir..

t.ədalət 2019-04-29 14:00:30

Dilinə sağlıq,hörmətli Lukaşenko!Ümidvarıq ki,yeni seçilən Ukrayna prezidenti də Sizin kimi sözü bütöv və xalqına sədaqətli olacaq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol