Menu

Azərbaycanın yeni hərbi tərəfdaşı

29.08.2014, 12:49
Azərbaycanın yeni hərbi tərəfdaşı

Zakir Həsənova Rumıniyanın müdafiə sənayesi şirkətlərinin imkanları barədə məlumat verilib

Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya səfəri başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Rumıniyanın müdafiə sənayesi şirkətlərinin imkanları barədə məlumat verilib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün hər iki tərəfin geniş imkanlara malik olduğu xüsusi vurğulanıb.

Bununla da Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya ikigünlük səfəri başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol