“Azərpambıq ASK” MMC üzrə 2019-cu il mövsümündə respublikanın 15 rayonunda 29 001 hektarda pambıq əkini aparılması nəzərdə tutulub.
MMC-dən Trend-ə verilən məlumata görə, bununla əlaqədar fermerlərlə müqavilələr bağlanıb. Şum, arat, mala işləri başa çatdırılıb və hazırda səpin işləri aparılır.
Bugünədək 19 min hektarda səpin işləri aparılıb ki, bu da ümumi əkin sahəsinin 65,5 faizini təşkil edir.
Artıq 2526 hektarda normal çıxışı alınıb, ümumi səpin işlərinin isə may ayının 10-a qədər başa çatdırılması nəzərdə tutulub.
Ümumiyyətlə təsərrüfat işlərinin optimal müddətdə aqrotexniki qaydada və keyfiyyətlə aparılmasını təmin etmək məqsədilə cəmiyyət üzrə qaynar xətt yaradılıb, şirkətin əməkdaşları rayonlara ezam olunub və beləliklə də, bütün bunlar qarşıya çıxan hər hansı bir problemin vaxtında həll olunmasına zəmin yaradır.
“Azərpambıq ASK”MMC-nin mətbuat katibliyi


Şərhlər
Keçən il 120 min hektardan 200 min tondan artıq pambıq istehsal olunmuşdur.Hədəfin 250 min ton olması barədə ən yuksək səviyyədə proqramlar və planlaşdırma aparılmışdır.yuz milyonlarla vəsait ayrılmış və butun otlaq sahələri də şumlanmış, suvarma sistemlərinə kullu miqdarda vəsait ayrılmışdır.Bunlar da rəsmi mətbuatda geniş işıqlanmışdı. Bu il isə, yazdıqlarınız dogrudursa, əkin sahələri 4 dəfə azaldılmış, deməli pambıq da 4 dəfə az olacaqdır.Başqa sözlə ayrılmış milyonlarla vəsait hədəfə çatmamışdır,demək.